Quba şəhərinin ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən və həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini K.Müzəffərov saxlanılmışdır
22.05.2018Mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılmış və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşmuşdur.
Nəticədə xəsarət alan olmamış, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.