Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İctimai nəqliyyatda cibgirliklə məşğul olmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Məmmədov saxlanılıb

22.05.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Mayın 22-də saat 16 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində xidmətdə olan 19-cu Polis Şöbəsinin əməkdaşları “Daewoo” markalı sərnişin avtobusunda sərnişinlərin birinin cibindən mobil telefonunu oğurlayıb dayanacaqda düşərək aradan çıxmaq istəyən şəxsi “isti izlər”lə yaxalayıblar. 

Polis Şöbəsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı sərnişin - Salyan rayon sakini F.Süleymanova məxsus mobil telefon maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.