Sabirabad şəhər sakini Vüqar Süleymanov münaqişə zəmnində odlu silahdan açdığı atəşlə Davud Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirmişdir
31.12.2017Dekabrın 31-də Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində şəhər sakini Vüqar Süleymanov, qardaşı İlqar ilə həmyerliləri Davud Fərəcov arasında baş vermiş münaqişə zamanı, V.Süleymanov tüfəngdən açdığı atəşlə D.Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirmişdir. Nəticədə D.Fərəcov aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Süleymanov və İlqar saxlanılmış, Vüqardan müvafiq sənədləri olmayan 1 ədəd tüfəng götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.