Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Cəfər Məmmədov yerləşdirildiyi xəstəxanada ölmüşdür
31.12.2017Dekabrın 30-da saat 23 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Xosrov Əsədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıbədəlli kənd sakini Cəfər Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş C.Məmmədov orada ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.