Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.12.2017Dekabrın 31-də saat 15 radələrində Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində kənd sakini Xəyal Əliyevin idarə etdiyi “Lada Priora” markalı və Salyan şəhər sakini Murad Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə X.Əliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, X.Əliyev orada ölmüşdür.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.