İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
31.12.2017Dekabrın 31-də saat 20 radələrində İmişli şəhəri ərazisində şəhər sakini Seymur Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerliləri Həsrət Nəsirovu, Sabir Cavadovu və Səbuhi Mustafazadəni vurmuşdur.
Nəticədə H.Nəsirov hadisə yerində ölmüş, digər iki piyada isə xəstəxanaya yerləşdirilmişdir.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.