Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən Nahid Qasımov saxlanılıb
25.12.2017Dekabrın 25-də Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Nahid Qasımov saxlanılaraq istintaqa təhvil verilmişdir.