Şağan qəsəbəsindəki apteklərin birindən oğurluqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılmışdır
25.12.2017Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılmışdır.