Tovuz rayonunun Xatınlı kənd sakini Əli Hüseynov qaçırdığı avtomobillə qəza törətmişdir
25.12.2017Dekabrın 25-də Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən kənd sakini Sakit Yusifova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Xatınlı kənd sakini Əli Hüseynov həmin gün qaçırdığı avtomobili Tovuz şəhəri ərazisində idarə edərkən Düz Qırıqlı kənd sakini Məhəmməd Qarayevin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşmuşdur.
Ə.Hüseynov Tovuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırma aparılır.