Nərimanov rayonunun A.Nemətulla küçəsində yol-nəqliyyat hadisəsi
25.12.2017Dekabrın 25-də saat 7:00 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Kürdəmir rayon sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Validə Manaflını vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.