Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirmiş Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov könüllü olaraq istintaqa təslim olmuşdur

11.12.2017

Dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində S.Məmmədov könüllü olaraq Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olmuşdur.

Hadisəni törədərkən S.Məmmədovun istifadə etdiyi müvafiq sənədləri olmayan  “İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülmüşdür. 
Araşdırma aparılır.