Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ev 93-ün zirzəmisində naməlum səbəbdən yanğın baş vermişdir
11.12.2017Dekabrın 11-də saat 21 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ev 93-ün zirzəmisində naməlum səbəbdən yanğın baş vermişdir. Nəticədə 15 kvm. sahədə məişət tullantıları yanmışdır. Yanğın söndürüldükdən sonra Culfa rayon sakini, tüfeyli həyat tərzi keçirən Zeynal Səfərovun üzərində zorakılıq əlaməti görünməyən və tüstüdən boğulmuş meyiti tapılmışdır.