Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sabirabad rayon sakini Rahid Bağırov yerləşdirildiyi xəstəxanada ölüb
11.12.2017Dekabrın 10-da saat 18 radələrində Sabirabad şəhərinin ərazisində Saatlı rayon sakini Xəqani Ağayev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Rahid Bağırovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada ölmüşdür.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.