Narkotik vasitə ilə tutulmuş Şirvan şəhər sakini Eldost Mikayılovun soyğunçuluq etdiyi də müəyyən edilmişdir
11.12.2017Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Eldost Mikayılovdan 0,936 qram tiryək götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 10-da şəhər sakini Kubra Əliyevanın qızıl üzüyünü və boyunbağısını soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.