Külli miqdarda narkotik müsadirə olunub
24.11.2017DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dövriyyədən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
RPŞ-yə daxil olan əməliyyat məlumatı əsasında rayon sakini Səlim Kərimov şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən 7.26 qram həcmində marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun mənzilində axtarış aparılarkən orada böyük həcmdə narkotik vasitə olduğu şübhə doğuran maddə aşkar edilərək ekspertizaya təqdim olunub.Ekspertiza həmin maddənin 3 kiloqram 524 qram qurudulmuş marixuana olması barədə rəy verib.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb.