Avtomobil qaçırmaqda şübhəli bilinən Masallı rayonunun Ərkivan qəsəbə sakini Müçtəba Sadıxov saxlanılıb və ondan 1,874 qr heroin götürülüb
24.11.2017Noyabrın 22-də Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisindən qəsəbə sakini Hüseynağa Cəfərova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb.
RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Müçtəba Sadıxov saxlanılıb və ondan 1,874 qram heroin götürülüb.