Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Əyyub Məmmədov yerləşdirildiyi xəstəxanada ölüb
24.11.2017Noyabrın 23-də saat 10 radələrində Nəsimi rayonunun Ə.Salamzadə küçəsində Ucar rayon sakini Namiq Hüseynov idarə etdiyi ”Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əyyub Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Məmmədov noyabrın 24-də orada ölüb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.