Oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılan Emil Quliyevin, Vüsal Abbasovun və Kənan Həsənovun daha 6 evdən oğurluq etdikləri müəyyən edilib
24.11.2017Oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılan Emil Quliyevin, Vüsal Abbasovun və Kənan Həsənovun ətrafında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari il oktyabrın 8-dən noyabrın 21-dək olan müddətdə Gəncə şəhəri ərazisində 6 evdən təmir-tikinti alətləri, gümüş və məişət əşyaları oğurlamaları da müəyyən edilib.