Oğurluqda şübhəli bilinən Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb
24.11.2017Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 800 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.