Qobustan və Səngəçal qəsəbələri ərazilərindəki idarə və müəssisələrə məxsus elektrik kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar
22.10.2017Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 25-dən sentyabrın 11-dək olan müddətdə Qobustan və Səngəçal qəsəbələri ərazilərindəki idarə və müəssisələrə məxsus ümumilikdə 270 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Türkiyə vətəndaşı Oğuzhan Safi, Bakı şəhər sakinləri Vəli Vəliyev, Aqil Vəliyev və qardaşı Elxan tutulublar.