Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik vasitə götürülüb

22.10.2017

Ötən gün Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə 6 kiloqrama yaxın narkotik vasitə götürülüb.        

Əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində “Mercedes” markalı avtomobili saxlayıblar. Baxış zamanı baqajda ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək maddi sübut kimi götürülüb.

Avtomobili idarə edən və sərnişini şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla sürücünün Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Abbasov, sərnişinin isə Bakı şəhər sakini Cövdət Bayramov olduğu müəyyən edilib.  

Ekspertiza bağlamada olan narkovasitənin 5 kiloqram 720 qramının tiryək, 40,538 qramının isə heroin olduğu barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

22.10.2017 tarixinə olan kriminal məlumatlar