Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
22.10.2017Oktyabrın 22-də saat 19 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Əsəd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lökbatan qəsəbə sakini Mansur Dəmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.