Ağdam rayon sakini Dəyanət Əhmədovun evinə baxış zamanı 1 ədəd tapança, 14 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb
22.10.2017Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Dəyanət Əhmədovun paytaxtın Sabunçu rayonu Ləhiş bağlar sahəsində yaşadığı evə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.