Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Sasani və Turqut Sadıqlı tutulublar
26.09.2017Sentyabrın 18-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Mansur Mustafazadəyə məxsus “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Sasani və əvvəllər məhkum olunmuş Turqut Sadıqlı 16-cı PB-nin əməkdaşları tərəfindən tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların sentyabrın 17-də 3 avtomobildən pul və mobil telefon oğurlamaları, daha bir avtomobildən isə oğurluğa cəhd göstərmələri müəyyən edilib.