Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2017Sentyabrın 26-da saat 13 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Cəmil Cəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış Ağdam rayon sakini Faiq Dadaşova məxsus “Oka” markalı avtomobili arxadan vurub. Nəticədə F.Dadaşovun sərnişini, Kəngərli rayon sakini İsa Pirəliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.