1 baş inəyi oğurlamaqda şübhəli bilinən Masallı rayonunun Qızılağac kənd sakini Bəhruz Abıyevin 3 baş camışı və 5 baş qoyunu oğurlaması da müəyyən edilib
26.09.2017Sentyabrın 24-də Masallı rayon sakini Dəyanət Verdəliyevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini Bəhruz Abıyev RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Ətrafında aparılan tədbirlərlə onun həmin gün rayon sakinlərinə məxsus 3 baş camışı və 5 baş qoyunu oğurlaması da müəyyən edilib.