15 baş qoyunu oğurlamaqda şübhəli bilinən Ağdam rayonunun Rzalar kənd sakini Mahir Məmmədov tutulub
26.09.2017Sentyabrın 24-də Ağdam rayonunun Rzalar kənd sakini Soltan Məmmədova məxsus 15 baş qoyun kəndin otlaq sahəsindən oğurlanıb.
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Mahir Məmmədov tutulub.