Gün ərzində 109 cinayət faktı qeydə alınıb
23.09.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər tutulub.