Hacıqabul rayonunun Nəvahi kəndində yol-nəqliyyat hadisəsi
23.09.2017Sentyabrın 23-də saat 20 radələrində Hacıqabul rayonunun Nəvahi kəndində Bakı şəhər sakini Eldar Müseyibov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Bünyad Xanəliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.