Xaçmaz rayon sakini Eldar Əhmədovun baş nahiyəsinə daşla vuraraq onu qətlə yetirmiş Samir Mahmudov tutulmuşdur
23.09.2017Sentyabrın 23-də Quba rayonunun Əliməmmədoba kəndində kənd sakini Samir Mahmudov münaqişə zəminində Xaçmaz rayon sakini Eldar Əhmədovun baş nahiyəsinə daşla vuraraq onu qətlə yetirib.
Quba RŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Mahmudov tutulmuşdur.
Faktla əlaqədar cinayət işi başlanmışdır.