Oğurluq və soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Mehrabov tutulub
23.09.2017Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da Bakı şəhər sakini Mayis Əhmədovun evindən 650 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Mehrabov tutulub.
Araşdırmalar zamanı T.Mehrabovun pul və qızıl əşyalarının M.Əhmədovun arvadı Şahpəridən zor tətbiq edərək alması müəyyən edilib.
Faktla əlaqədar CM-nin 177-ci (oğurluq) maddəsi ilə başlanmış cinayət işi CM-nin 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.