Biləsuvar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
23.09.2017Sentyabrın 23-də saat 08 radələrində Biləsuvar şəhəri ərazisində Bakı şəhər sakini Əbülfət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən, şəhər sakini Səttar Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən S.Qasımov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.