Gün ərzində 84 cinayət faktı qeydə alınıb
21.08.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 8-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər tutulub.