Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən Bakı şəhər sakini B.Mövludov tutulub

21.08.2017

Avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi RPİ 5-ci PB-yə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20.000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb qızıl mağazasına sataraq 31305 manat pul əldə etməsi və törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə B.Mövludov tutulub.

21.08.2017 tarixinə olan kriminal məlumatlar