İsmayıllı rayonunda münaqişə zəminində bir neçə nəfərə bıçaqla xəsarət yetirmiş E.Səfərov tutulub
21.08.2017Avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.
Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirmiş, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.
İsmayıllı RPŞ tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.