Hacıqabul rayonunun Padarçöl kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.08.2017Avqustun 21-də saat 18 radələrində Hacıqabul rayonunun Padarçöl kəndi ərazisindəki əkin sahəsində Sabirabad rayon sakini Tahir Əliyev idarə etdiyi “MAZ” markalı avtomobili ilə iş görərkən avtomobilə minmək istəyən İmişli rayon sakini Ramazan Şıxalıyevi vurub. R.Şıxalıyev hadisə yerində ölüb.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.