Sumqayıt şəhəri ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Ə.Qəniyev tutulub
21.08.2017Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən 2 ədəd kondisioner və ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev tutulub.
Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 11-dən cari il avqustun 9-dək olan müddətdə şəhər ərazisində “Topaz” mərc oyunları məntəqəsindən, 2 avtomobildən, 1 evin yardımçı təsərrüfatından və 8 evdən pul, qızıl və məişət əşyaları, velosiped, akkumulyator, maqnitafon və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.