Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədidə polis külli miqdarda narkotik vasitəni qanusuz dövriyyədən çıxardı

07.08.2017

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Rayon ərazisindəki evlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.  

Məlumatın yoxlanılması məqsədilə yaradılan əməliyyat qrupu şəhər sakini Novruz Abdullayevin yaşadığı ünvana gəlib. Həmin evdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyətdə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, həmçinin külli miqdarda qurudulmuş halda olan  narkotik vasitə aşkar edilib. Götürülmüş narkotik vasitə tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunub.  

Ekspertiza həmin vasitənin 5 kiloqram 825 qram marixuana olması barədə rəy verib.

Faktla əlaqədar Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.