Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Bakı şəhər sakini İsmayıl Nəcəfov yerləşdirildiyi xəstəxanada ölüb
07.08.2017Cari il iyulun 26-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Elxan Mehtiyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun kənarında dayanan Bakı şəhər sakini İsmayıl Nəcəfovu vurub. Xəstəxanaya yerləşdirilən İ.Nəcəfov avqustun 7-də orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.