1 baş at oğurlamaqda şübhəli bilinən Şabran rayonunun Şahnəzərli kənd sakinləri Sadiq Hüseynov və Elxan Nuriyev tutulublar
07.08.2017Avqustun 5-də Şabran rayon sakini Rəşad Ağasıyevin həyətindən 1 baş at oğurlamaqda şübhəli bilinən Şahnəzərli kənd sakinləri Sadiq Hüseynov və Elxan Nuriyev Şabran RPŞ-nin əməkdaşları tərəfindən tutulublar. Ş.Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün daha bir həyətdən 1 baş at oğurlaması da müəyyən edilib.