Sumqayıt şəhər sakini Sevda Bayramovanı boğaraq qətlə yetirməkdə şübhəli bilinən Fəttah Nuriyev tutulub
07.08.2017Avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.
Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib. Görülən tədbirlər nəticəsində F.Nuriyev tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.