Fermalardan birindən 31 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun üzvləri - Xosrov kənd sakinləri Ədalət Quliyev, Murad Cabbarov və qardaşı Pərviz tutulublar
16.02.2017Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki fermalardan birindən 31 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun üzvləri - Xosrov kənd sakinləri Ədalət Quliyev, Murad Cabbarov və qardaşı Pərviz tutulublar. M.Cabbarovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2015-ci ilin iyun ayında Külkəl kəndi ərazisində Mingəçevir Regional Elektrik Şəbəkəsinə məxsus Qəbələ hava xəttinin alüminiumdan olan 20 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.