Oğurluq etdiyinə görə tutulan Vahid Əhmədovun digər cinayət əməlləri də müəyyən edilib
16.02.2017Oğurluq etdiyinə görə tutulan Vahid Əhmədovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 30-dan cari il yanvarın 27-dək olan müddətdə 2 avtomolbildən akkumulyator, maqnitofon və sənəd, habelə 2 bağ evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.