Qobustan rayonunun Şıxzərli kəndində yol-nəqliyyat hadisəsi
16.02.2017Fevralın 16-da saat 18 radələrində Qobustan rayonunun Şıxzərli kəndində İsmayıllı rayon sakini Ramil Vəliyevin idarə etdiyi "Ford-Tranzit" və Şamaxı rayon sakini Həmidpaşa Cəbrayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, habelə R.Vəliyevin sərnişini İkram Adıgözəlov xəstəxanaya yerləşdiriliblər. İ.Adıgözəlov orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.