Fermalardan birindən 3500 manat dəyərində mal-qara yemi oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar
16.02.2017Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-na keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindəki fermalardan birindən 3500 manat dəyərində mal-qara yemi oğurlamaqda şübhəli bilinən, orada çoban işləyən qəsəbə sakini Xəzər Hilalov, həmyerlisi Mürvət Mehdiyev və Maştağa qəsəbə sakini Asif Cəfərov tutulublar.