Gün ərzində 71 cinayət faktı qeydə alınıb
29.01.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər tutulub.