Geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əliyev tutulub
29.01.2017Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 21-də Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində Röyal Əhmədova məxsus geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əliyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr-cari ilin yanvar ayları ərzində həmin ticarət mərkəzində 4 nəfərə məxsus piştaxtalardan məişət əşyaları oğurlaması da müəyyən edilib.