Oğurluqda şübhəli bilinən paytaxt sakinləri Aydın Xudaverdiyev və Ceyhun Babayev tutulublar
29.01.2017DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-20-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar - Aydın Xudaverdiyev və Ceyhun Babayev tutulublar.