Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini Vasif Qədimov tutulub
29.01.2017Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bakı şəhər sakini Rəhman Şıxıyevin idarə etdiyi "Nissan" markalı avtomobilə sərnişin qismində oturub onu bıçaqla hədələyərək 219 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vasif Qədimov tutulub.