Gün ərzində 92 cinayət faktı qeydə alınıb
21.01.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər yaralanıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər tutulub.